Monolatriya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Monolatriya və ya Monolatrizm (qədim yunan: μόνος) — politeizmin bir növü. "Monolatriya" termininin ilk dəfə Yulius Bellqauzen tərəfindən istifadə edildiyi düşünülür.

Bir çox tanrının var olduğuna inansa da, bu tanrıların hər birinin sadəcə özlərinə ibadət edən şəxslərə qarşı güclü olduqlarını (sadəcə o şəxslərə təsir edə bildiklərini) irəli sürür. Belə ki, monolatrist şəxs birdən çox panteonun varlığına inansa da, bunlardan sadəcə özünün ibadət etdiyi inanca xas panteonun ona təsir edə biləcəyinə inanır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]